RU
Lobyaların içindən tiryək çıxdı - ŞOK VİDEO
15:22
755

Lobyaların içindən tiryək çıxdı - ŞOK VİDEO

Türkiyədə yaşanan hadisə hər kəsi təəccübləndirib. Quru lobyaların içində tiryək saqqızı aşkarlanıb.

7News.az xəbər verir ki, Van polisi Kanadaya göndərilmək üzrə olan quru lobyalarla dolu yük maşınını saxlayıb. Yük maşınına yığılan quru lobyaların içərisindən 2 kiloqram 463 qram tiryək saqqızı aşkarlanaraq müsadirə olunub.

Rəsmilərin verdiyi məlumatlara görə, ustalıqla lobyaların içərisində gizlədilmiş həmin narkotik vasitə Türkiyədə ilk dəfə ələ keçirilib.//publika

Hadisə ilə bağlı istintaq aparılır.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ