RU
Londonun müsəlman meri, Tramp prezident olarsa
23:00
962

Londonun müsəlman meri, Tramp prezident olarsa

Londonun yeni seçilmiş meri, Pakistan əsilli Sadiq Xan bildirib ki, onun dini baxışları, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-a səfər etməyə imkan verməyəcək.

Xatırladaq ki, Tramp seçkiöncəsi ilk çıxışlarından birində müsəlmanların ABŞ-a daxil olmasına qadağa tətbiqini təklif etmişdi. Amerika prezidentliyinə namizəd həmçinin Londonda polislərin öz həyatlarına görə qorxduqları izafi dərəcədə radikallaşmış bölgələrin mövcudluğunu da diqqətə çatdırmışdı. Bu sözlərindən sonra Trampa qarşı Böyük Britaniyada ciddi kampaniyalara start verilmişdi.

«Əgər Tramp prezident seçilərsə, etiqad etdiyim dinin əsasları mənim oraya getməyimə izn vermir. Bu isə o deməkdir ki, mən Amerika şəhərlərinin merləri ilə əməkdaşlıq edə bilməyəcəyəm», - Sadiq Xan müsahibəsində belə deyib. /virtualaz.org

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ