RU
Londonun yeni meri Qurana and içdi
16:33
1497

Londonun yeni meri Qurana and içdi

Londonun yeni müsəlman meri Sadiq Xan sədaqət andı içib.

7News.az xarici KİV-ə istinadən xəbər verir ki, Sadiq Xan ənənəni pozaraq andiçmə mərasimində əlini İncilə deyil, Qurana basıb. Buna səbəb isə onun müsəlman olmasıdır. 

Sadiq Xan andiçmə mərasimində şəhər sakinlərinə layiqincə xidmət edəcəyinə söz verib. O, şəhərin inkişafı üçün əlindən gələni edəcəyini və ekstremizmə qarşı qəti mübarizə aparacağını bildirib.

Xatırladaq ki, leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan seçkilərdə seçicilərin 44%-nin səsini qazanıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ