RU
Lukaşenko bu gün Bakıya gəlir - Yenilənib
12:01
579

Lukaşenko bu gün Bakıya gəlir - Yenilənib

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana səfər edəcək.

 

7News.Az xəbər verir ki, Belarus prezidenti Bakıda iki gün səfərdə olacaq. 

Səfər çərçivəsində Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko həm təkbətək, həm də geniş tərkibli formada görüş keçirəcək. Bundan sonra bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir. 

Belarus prezidenti, həmçinin baş naziri Artur Rasizadə ilə də görüşəcək.

 

Belarus prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Azərbaycana gəlmək üçün Minsk hava limanından havaya qalxıb.


Yaxın dəqiqələrdə onun Bakıya çatacağı gözlənilir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ