RU
Lukaşenko Paşinyan və Putinlə KTMT-nin Qazaxıstandakı fəaliyyətini müzakirə edib
18:40
72

Lukaşenko Paşinyan və Putinlə KTMT-nin Qazaxıstandakı fəaliyyətini müzakirə edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Belarus Prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Aleksandr Lukaşenko əvvəlcə Ermənistan lideri, daha sonra isə Rusiya lideri ilə beynəlxalq gündəmdəki aktual məsələləri, ikitərəfli münasibətləri və Qazaxıstanda baş verənləri müzakirə edib.

Onlar KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin fəaliyyəti mövzusuna da toxunublar.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ