Minsk Rusiya neftindən imtina edə bilər.
Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko bəyan edib.
Minskdə keçirilən mətbuat konfransında Belarus lideri bildirib ki, əgər tərəzinin bir gözünə respublikanın müstəqilliyi qoyularsa, ölkəsi Rusiya neftindən imtina etməyə hazırdır. Eyni zamanda Lukaşenko qeyd edib ki, ölkə əhalisi rus nefti olmadan çətinlik çəkəcək, amma respublikanın "boğazını sıxmaq” lazım deyil.
Lukaşenko ölkə öz müstəqilliyi üçün İran, Azərbaycan və Amerika neftindən də imtina etməyə hazır olduğunu vurğulayıb. /oxu.az
7news.Az








