7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, həmin görüntülər "Twitter"də dərc olunub.
Yanvarın 21-də xəstəliyin yayılması qorxusu səbəbiylə 11 milyon nəfər əhalisi olan şəhərə giriş-çıxış məhdudlaşdırılıb. Uxanda ictimai nəqliyyat, o cümlədən dəmir yollarının işi və uçuşlar dayandırılıb. Blokadada qalan şəhərin sakinləri ərzaq qıtlığından qorxaraq, mağaza rəflərini "silib-süpürürlər". Bu da malların qiymətinin artmasına səbəb olub.
Son məlumata əsasən, 17 nəfərin ölümünə səbəb olan yeni virus ümumilikdə 617 nəfərdə aşkarlanıb.
2019-nCoV koronavirusunun əsas əlamətləri qızdırma, yorğunluq və yüngül bəlğəmli öskürəkdir.
747 people are talking about this
7News.Az









