RU
Ülvi Mehdiyev: “ASAN xidmət”ə pulla işə qəbul mümkün deyil
12:35
387

Ülvi Mehdiyev: “ASAN xidmət”ə pulla işə qəbul mümkün deyil

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə pulla işə düzəlmək mümkün deyil.

Bunu Oxu.Az-a açıqlamasında "ASAN xidmət”in rəhbəri Ulvi Mehdiyev deyib.

Onun sözlərinə görə, "ASAN xidmət”ə işə düzəlmək dövlət qulluğu imtahanları ilə həyata keçrilir:

"Yalnız dövlət qulluğu haqqında qanunda nəzərdə tutulmuş müsabiqə vasitəsilə vətəndaşlar işlə təmin olunur. İnsanlar bilməlidirlər ki, "ASAN xidmət”ə pulla işə qəbul mümkün deyil. Kimlərəsə pul müqabilində "ASAN Xidmət”ə işə düzəlmək təklif edilirsə, bilsinlər ki, bu, yalnız dələduzluqdur”.

Ülvi Mehdiyev vətəndaşlara müraciət edib: 

"Bütün vətəndaşlara "ASAN xidmət” adından müraciət edirik ki, bu cür hallarla rastlaşarlarsa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, "ASAN xidmət”ə müraciət etsinlər və məsələ araşdırılsın.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ