"Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə 141 şəxs və 47 təşkilat daxildir".
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, Macarıstan bu şəxslərin bəziləri ilə təmaslara məhdudiyyətlər qoyulmasına etiraz edib.
"Biz hesab edirik ki, bəzi Rusiya nümayəndələrinin sanksiya siyahılarına daxil edilməsi Moskva ilə hələ də açıq olan kommunikasiya kanallarının bağlanması üçün ciddi risklər yaradır”, - nazir vurğulayıb.
Siyarto qeyd edib ki, Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi nüvə enerjisi sahəsinə təsir etməyəcək./report
7NEWS.Az








