RU
Magistraturada yeni ixtisas yaradılacaq
12:20
382

Magistraturada yeni ixtisas yaradılacaq

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisas əlavə ediləcək.

7news.Az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 15-də imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.
 
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinə 2017-2018-ci illərdə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma kimi "Gənclərlə iş” ixtisasının əlavə edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ