7NEWS.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs və humanitar yardımla bağlı açıqlamalar verib. Makron ölkəsinin Livana 100 milyon avroluq humanitar yardım edəcəyini açıqlayıb, bununla belə Livan ordusunun əsas ehtiyaclarının qarşılanacağını da vurğulayıb.








