RU
Mal əti bahalaşdı
12:50
18

Mal əti bahalaşdı

İsmayıllıda mal ətinin qiyməti bahalaşıb.

Son iki gün ərzində rayon üzrə pərakəndə satışda ətin kiloqramı 17 manatdan 18 manata yüksəlib.

Qəssablar bildirirlər ki, qiymət artımı satış həcminə də mənfi təsir göstərib. Alıcılar da bahalaşmanı hiss etdiklərini, bunun gündəlik ərzaq xərclərinə əlavə yük yaratdığını deyirlər.

Satıcıların sözlərinə görə, qiymət dəyişikliyinin əsas səbəbi fərdi təsərrüfatlardan alınan diri iribuynuzlu heyvanların bahalaşmasıdır. Alış qiymətlərinin artması nəticədə mal ətinin pərakəndə satış qiymətinin də yüksəlməsinə səbəb olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ