"Barvikha Concert Hall"da 49 yaşlı Malayziya kralı Məhəmmədin toyu olub.
Toyda spirtli içki verilməsi qadağan edilib. Qonaqlara isə yalnız halal məhsullardan olan yeməklər təqdim olunub. Toydan fotolar sosial şəbəkədə yayılıb.
Malayziya KİV-nin yaydığı xəbərə görə, Oksana yarım il əvvəl müsəlmanlığı qəbul edib və adını dəyişərək Rihana qoyub. Toydan sonra o, şahzadə titulunu ala bilməyəcək. Çünki tac yalnız əslən Malayziyadan olan birinə verilir. Bundan əvvəl Məhəmməd V kral ailəsinin üzvlərindən biri ilə ailəli olub. 2008-ci ildə o, boşanıb.
7News.Az








