RU
Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiya BMT TŞ-ın qeyri-daimi üzvləri seçilib
22:20
186

Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiya BMT TŞ-ın qeyri-daimi üzvləri seçilib

BMT Baş Assambleyasının bu gün keçirilən iclasında dünya təşkilatının Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün beş qeyri-daimi üzvü seçilib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiya müvəqqəti olaraq BMT-nin əsas qurumunun bir hissəsi olacaq.

Bu ölkələr 2022-ci il dekabrın 31-də səlahiyyət müddəti bitən Hindistan, İrlandiya, Keniya, Meksika və Norveçi əvəz edəcək.

2022-2023-cü illər üçün BMT Təhlükəsizlik Şurasına daimi üzvlərdən - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadan əlavə Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ