RU
Mançesteri qan gölünə çevirən terrorçunun FOTOSU
11:26
497

Mançesteri qan gölünə çevirən terrorçunun FOTOSU

Dünən İngiltərənin Mançester şəhərinin stadionunda terror aktı törədilib.

7News.az xəbər verir ki, insident nəticəsində 22 nəfər həlak olub. Terror hücumu İŞİD silahlısı Salman Abadi tərəfindən həyata keçirilib. İngilis mətbuatı artıq terrorçunun fotosunu yayımlayıb.

Müğənni Ariana Qrandenin konserti əsnasında baş verən partlayışda həlak olanların arasında azyaşlı uşaqlar da var. Polisdən verilən xəbərə görə terrorçu kustar üsulla hazırlanmış bombanı partladıb. Kamikadze-terrorçu özü də partlayış nəticəsində həlak olub. İŞİD terror qruplaşmasının məsuliyyəti öz boynuna götürdüyü hücumu Liviya əsilli, 22 yaşlı Salman Abadi həyata keçirib. Abadinin artıq fotosu yayımlanıb.//olke.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ