7NEWS.az xəbər verir ki, Ukraynanın Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına partlayıcıya bənzər material yerləşdirdiyi iddiaları gündəmdə qalarkən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Zaporojye Atom Elektrik Stansiyasında aparılan yoxlamalarla bağlı yazılı açıqlama verib. Zaporojya Atom Elektrik Stansiyasının ətraf ərazilər də daxil olmaqla böyük soyutma hovuzunun hissələrini təftiş etdiyini və obyekt boyu müntəzəm yürüşlər keçirildiyini qeyd edən Qrossi, "Hələlik heç bir görünən mina və ya partlayıcı maddə tapılmayıb" dedi.
7NEWS.az








