7News.az xəbər verir ki, Yerə düşən bir Mars meteoritini tədqiq edən alimlər qranat mineralının dənəciklərini aşkar ediblər. Bu, Qırmızı Planetdən əldə edilən nümunələrdə indiyədək heç vaxt rast gəlinməyən bir haldır. Bu mikroskopik kəşf Marsın geoloji tarixi, eləcə də bir vaxtlar planetdə mövcud olmuş həddindən artıq yüksək temperatur və təzyiq şəraiti ilə bağlı yeni suallar ortaya çıxarıb.








