RU
Martda 8 gün iş olmayacaq
10:33
692

Martda 8 gün iş olmayacaq

Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

7News.az-ın xəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür. 

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.

Martın 27-si isə iş günüdür.

Beləliklə, bu ay bayramlarla əlaqədar 8 gün iş olmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ