Bir neçə gün öncə saytımızda "İcra başçısının xanım müavininin şok korrupsiya "halqası” ifşa olundu– MASALLIDA NƏ BAŞ VERİR?” başlığı ilə yazı dərc edilmişdi.Yazı redaksiyamızdaXıl kənd sakini Əmirov Əlişan İsfəndiyar oğluadından daxil olan şikayət əsasında dərc edilmişdi. Yazını dərc etməmişdən öncə icra başçısının müavini ilə əlaqə saxlamağa çalışdıq. Lakin icra hakimiyyətinin rəsmi veb səhifəsində əlaqə vasitəsi kimi göstərilən nömrələrin heç biri cavab vermədi. Və bir neçə gün gözlədikdən sonra yazını dərc etdik. Üzərindən bir müddət keçəndən sonra xanım müavin özü bizimlə əlaqə saxladı və məlumatın düzgün olmadığını dedi. Daha sonra isə Xıl kənd sakini Əmirov Əlişan İsfəndiyar oğlumüraciət edərək şikayət etmədiyini, onun adından bu məsələdə istifadə olunduğunu dedi.
Biz də 7News.az olaraq dərhal yazını saytımızdan xaric etdik. Və təkzib etməyi özümüzə borc bilirik. Bir daha redaksiya olaraq icra başçısının xanım müavini ilə bağlı dərc edilmiş yazının düzgün olmadığını bəyan edirik.








