RU
Masallı Rayon Xəstəxanasına yeni direktor təyin olundu
14:30
1150

Masallı Rayon Xəstəxanasına yeni direktor təyin olundu

Masallı Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.

TƏBİB-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəzifəyə Xanbaba Hüseynov təyin olunub.

O, ixtisasca nefroloqdur.

 

Qeyd edək ki, tibb müəssisəinin eks-baş həkimi Rasim Əzizov bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu. 

Xatırladaq ki, bu, son bir ildə Masallı xəstəxanasında 3-cü rəhbər təyinatıdır. Belə ki, yanvarın 22-si Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon xəstəxanasında əməliyyat keçirərək direktor Cəlil Nəzərovu həbs edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ