RU
Masallıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğül olan şəxs saxlanılıb
21:30
979

Masallıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğül olan şəxs saxlanılıb

Masallı rayon polis şöbəsi əməkdaşları, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğül olan şəxsi saxlayıblar. Onun üzərindən və yaşadığı evdən külli miqdarda heroin aşkarlanıb.​ ​

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb. Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılan heroin aşkarlanaraq götürülüb. Şöbə​ əməkdaşları tərəfindən Zahid Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ