RU
Masallıdakı meşə yanğınının qəsdən törədilməsi faktı ilə bağlı araşdırmalara başlanılıb
20:47
177

Masallıdakı meşə yanğınının qəsdən törədilməsi faktı ilə bağlı araşdırmalara başlanılıb

Masallı rayonunda meşədə yanğının qəsdən törədilməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Yanğının qəsdən törədilməsinə dair əsaslı şübhələr var və bu barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Qeyd edək ki, Masallı rayonunun Qəriblər meşəbəyliyinin 4-5-ci dolaylarında baş verən yanğın tam söndürülüb. Yanğının söndürülməsində Fövqəladə hallar Nazirliyinin (FHN) Xüsusi Rislki Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, Masallı rayon dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti və iki helikopter iştirak edib./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ