İntensiv və normadan artıq yağan yağışlardan sonra qəbiristanlığı və həyətləri su basıb.
Subasma səbəbindən bəzi sakinlər evlərini tərk edərək kirayə mənzil tutublar. Digər sakinlər isə çıxış yolu tapa bilmədiklərindən yaxınlıqda yerləşən mərasim evinə sığınmaq məcburiyyətində qalıblar.
7News.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlərin iddiasına görə, su basan ərazilərdə yerləşən evlərin böyük əksəriyyətinin rəsmi çıxarışı mövcuddur.
Hazırda ərazidə vəziyyətin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar hərəkətə keçib.
Qəsəbələrarası və məhəllədaxili yollardan su kənarlaşdıılır. Hazırda qəsəbədaxili çökək ərazidə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması işləri həyata keçirilir.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ərazidə işlər davam etdirilir, günün sonunadək işlər yekunlaşdırılacaq və mərasim evində yerləşən ailələr evlərinə qayıda bilərlər.








