RU
Maşını aşıran sürücünün anası öldü
22:31
1146

Maşını aşıran sürücünün anası öldü

Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

7news.Az-ın Ans press-ə istinadən məlumatına görə, Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi "Mitsubishi" markalı 90- BR- 940 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən sürücünün anası 1963-cü il təvəllüdlü Minayə Məmmədova hadisə yerində ölüb, digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktı Xızı Rayon Polis Şöbəsi araşdırır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ