7NEWS.az xəbər verir ki, Tesla və SpaceX-in sahibi İlon Mask ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləməyə davam edir. Məşhur milyarder xalqı seçkiyə getməyə təşviq etmək üçün yaratdığı siyasi fəaliyyət komitəsinin petisiyasına imza atanlara hər gün 1 milyon dollar verəcəyini açıqlayıb. Bu təklif noyabrın 5-də keçiriləcək seçkilərə qədər qüvvədə olacaq.








