RU
Maştağa sakini 4 kiloqram narkotiklə tutuldu
23:00
1010

Maştağa sakini 4 kiloqram narkotiklə tutuldu

Bakı sakinindən narkotik vasitə götürülüb.

7news.Az Kəpəz Tv-yə istinadən xəbər verir ki, Bakı sakininin üzərində marixuana aşkar edilib. Ancaq bununla kifayətlənməyən Ağabala Zəkiyev narkotik vasitəni avtomobilində də saxlayırmış. Özü də nə az, nə çox 4 kq.

Zəkiyevin idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin saxlanc yerindən sellofan torbaya bükülmüş 4 kiloqram qurudulmuş marixuana, maşının salon hissəsindən 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək və narkotik maddələrin çəkisini öyrənmək üçün istifadə olunan elektron tərəzi də aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ