RU
Matç zamanı futbolçunu ildırım vurdu - Öldü - FOTO
13:00
74

Matç zamanı futbolçunu ildırım vurdu - Öldü - FOTO

İldırım vuran müdafiəçi dünyasını dəyişib.

7News.Az "swissinfo"ya istinadla xəbər verir ki, Perulu futbolçu, müdafiəçi Xose Uqo de la Kruz Mezanı bazar günü matç zamanı ildırım vurub.

Qapıçı Xuan Çoka isə ağır yanıq xəsarətləri ilə ağır vəziyyətdədir. Digər futbolçuların vəziyyəti məlum deyil.

Hadisə Huankayo şəhərində, "Koto Koto" stadionunda, Juventud Bellavista və Familia Chocca komandalarının oyunu zamanı baş verib. Futbolçular meydandan çıxarkən ildırım düşüb.

7News.Az
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ