RU
Mayın 22-də qəbul imtahanı keçiriləcək
11:54
1266

Mayın 22-də qəbul imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 22-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən orta məktəblərin əvvəlki illərinin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

7News.Az-ın məlumatına görə, imtahan ölkənin 11 şəhərində ümumilikdə 24 binada aparılacaq.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənəd -  şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. Məlumat üçün bildirək ki, imtahanda 12 min  800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 min 14 abituriyent I qrup üzrə, 1 786 abituriyent IV qrup üzrə imtahan verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ