RU
Prezident:
09:43
61

Prezident: "WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir"

"WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir".

Bu sözləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, WUF13-də 182 ölkə təmsil olunur:

"Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir".

Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ