7News.az-ın məlumatına görə bu barədə Nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.
Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri aşağıdakılardı.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 may 2015-ci il tarixinədək Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etmişdir.
Müsabiqə Komissiyasına təqdim olunmuş 95 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:
- “Bizim Gənclik” İctimai Birliyinin "Azərbaycanın Multikulturalizm Modeli: Etnik Dəyərlər və Müasirlik" layihəsi.
- “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin “İrəvanın maddi və mənəvi irsi” layihəsi.
- “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Qədim xalq oyun tamaşalarının bərpası və müasir el mərasimlərində yenidən canlandırılması” layihəsi.
- “Bakı Gənclər Klubu” İctimai Birliyinin “Qafqaz Albaniyası - əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” layihəsi.
- “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin "Mədəniyyət sahəsinə marağın yüksəldilməsi" layihəsi.
- “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının “İpək Yolu Ölkələri mədəni irsi – Milli Bayramlar” layihəsi.
- “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi.
- “Uğurlu Gələcək” İctimai Birliyinin “Multikulturalizm diyarı Azərbaycan” layihəsi.
- “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin “Uşaqlar üçün cizgi filmləri və kitab festivalı” layihəsi.
- “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin “Ermənistanın işğalı nəticəsində məhv və qəsb edilmiş tarixi və mədəni abidələrimiz haqqında məlumatların təbliği” layihəsi.
- “Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin “Turizm və Mədəniyyət Düşərgəsi” layihəsi.
- “Gənclər Mərkəzi” İctimai Birliyinin “Şimal-qərb regionunda tarix-mədəniyyət abidələrin təbliği” layihəsi.
- “Demokratiyanın İnkişafı Problemlər Mərkəzi” İctimai Birliyinin “Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi.
- “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin “Mədəni irsimiz fotolarda” layihəsi.
- “Gələcəyə Addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi.
- Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsi








