RU
Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilib
16:18
130

Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilib

7NEWS.az xəbər verir ki, edia subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib

Qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ