RU
Medvedev:
21:00
316

Medvedev: "Qərb dövlətləri dünyanı qlobal müharibəyə aparır"

Yalnız Rusiyanın Ukraynadakı tam və yekun qələbəsi qlobal münaqişənin qarşısını almağın təminatıdır.

7NEWS.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev rəsmi "Telegram” səhifəsində yazıb.
Medvedev onu da əlavə edib ki, Qərb dövlətləri dünyanı qlobal müharibəyə sürükləyir.

Qərb dövlətlərinin irəli sürdüyü "Rusiyaya Ukraynadakı müharibədə qələbə qazanmağa imkan vermək olmaz” tezisinə cavab olaraq Medvedev deyib: "Gəlin hər şeyi öz adı ilə adlandıraq. Qərb dövlətləri dünyanı qlobal müharibəyə aparır və Rusiyanın Ukraynada tam qələbə qazanması dünya miqyaslı münaqişənin qarşısını almaq üçün təminat verir”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ