RU
Medvedev Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir
11:24
590

Medvedev Trampla bağlı status yazdı - Münasibətlər gərginləşir

Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

7News.az xəbər verir ki, Medvedev özünün Facebook səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

"ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub", - o vurğulayıb.

 

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır. //femida

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ