Rusiya baş naziri Dmitri Medvedev İqtisadi İnkişaf Nazirliyinə Türkiyə ilə hökumətlərarası əməkdaşlıq proqramının imzalanması üçün tapşırıq verib.
Sənəddə qeyd olunur ki, Rusiya və Türkiyə hökumətləri arasında ticarət-iqtisadi, elmi-texnoloji və mədəniyyət sahələrində orta müddətli əməkdaşlıq proqramı 2017-2020-ci illəri əhatə edəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin hökumət adına proqramı imzalayacağı gözlənilir./qafqazinfo
7news.Az








