RU
Medvedevdən Ukraynanın notasına cavab
23:30
1115

Medvedevdən Ukraynanın notasına cavab

Xəbər verdiymiz kimi, Ukrayna Xarici İşlər Nazirliyi Rusiya baş naziri Dmitri Medvedevin Krıma işgüzar səfəri ilə bağlı etirazını bildirib. Ukrayna etiraz notasını Rusiya XİN-ə göndərib.

Medvedev notaya cavab olaraq bildirib ki, hər kəs öz işi ilə məşğuldur.

“Kimsə işləyir, kimsə də ancaq etiraz edir”, - deyə baş nazir söyləyib.

Qeyd edək ki, rusiyalı baş nazir mayın 22-dən Krımda səfərdədir. Medvedev yarımadada “Vahid Rusiya”da keçirilən ilkin səsvermə prosedurunu izləyib, həmçinin bir sıra görüşlər keçirib.

Xatırladaq ki, Krım və Sevastopol 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyaya birləşdirilib./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ