Perm şəhər məhkəməsi telekanal işçisinin şikayəti əsasında fahişəyə qarşı qaldırılan işi dayandırıb.
7News.az xəbər verir ki, BETTA telekanalının jurnalisti fahişələrlə bağlı reportaj hazırlamaq üçün onlarla seks xidməti üçün "danışıqlar" aparıb.
Hadisə 2016-cı ildə baş verib. Jurnalist Ritis Barauskas dostu ilə fahişələrlə qiymət razılaşması apararkən videoçəkilişlər ediblər və həmin zaman onların işarəsi ilə hadisə yerinə polis əməkdaşları basqın ediblər.
Fahişələr saxlanılıblar və məhkəmə prosesi başlayıb. Fevralın 3-də keçirilən məhkəmədə hakim şahidlərin az olduğunu bəyan edərək məhkəmə işini 3 aylığına dayandırıb. Məhkəmənin bu qərarı jurnalisti çaşdırıb.
BETTA telekanalının aparıcısı isə ikinci şahid kimi dostunun adını açıqlayacağını deyib.//istipress
7News.az








