RU
MEK ƏMƏKDAŞLARI MİLLİ QƏHRƏMANLAR HAQQINDA MƏLUMATLARI BİR NEÇƏ DİLDƏ VİKİPEDİYADA YERLƏŞDİRİB
18:02
373

MEK ƏMƏKDAŞLARI MİLLİ QƏHRƏMANLAR HAQQINDA MƏLUMATLARI BİR NEÇƏ DİLDƏ VİKİPEDİYADA YERLƏŞDİRİB

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və  vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEAMərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşlarıtərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi "Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ