RU
Meksika körfəzində helikopter qəzaya uğrayıb : 1 ÖLÜ, 2 YARALI
17:12
44

Meksika körfəzində helikopter qəzaya uğrayıb : 1 ÖLÜ, 2 YARALI

7NEWS.az xəbər verir ki, Helikopter ABŞ-ın Meksika körfəzi sahillərində, Luiziana ştatının Morqan Siti şəhərindən təxminən 72 kilometr aralıda qəzaya uğrayıb. ABŞ Sahil Mühafizəsi dünən yerli vaxtla saat 18:30 radələrində baş verən qəzadan sonra xəbərdar edilərək hadisə yerinə xilasedicilərin göndərildiyini açıqlayıb. Suda başıaşağı vəziyyətdə olan helikopterdə aparılan xilasetmə əməliyyatı çərçivəsində 3 ekipaj üzvündən 2-si Yeni Orleandakı sağlamlıq mərkəzinə göndərilib. Batan helikopterdə bir nəfərin cansız cəsədi də tapılıb. Ekipajın kimliyi açıqlanmayıb. Qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırma başladılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ