RU
Meksikada 6,2 bal gücündə zəlzələ baş verib
10:33
71

Meksikada 6,2 bal gücündə zəlzələ baş verib


7NEWS.az xəbər verir ki, Meksika Milli Seysmoloji Xidmətinin verdiyi açıqlamada yerli vaxtla saat 10:39-da Aşağı Kaliforniya sahillərində 6,2 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Zəlzələnin episentrinin Sakit okeanda, Aşağı Kaliforniya ştatında yerləşən Visente Qerrero şəhərindən 37 kilometr qərbdə yerləşdiyi bildirilir. ABŞ sunami xəbərdarlığı sistemi zəlzələdən sonra sahildə sunaminin gözlənilmədiyini bildirib. Meksika rəsmiləri hadisədən sonra təhlükəsizlik məqsədilə rəsmi binaların boşaldıldığını, mülki müdafiə qruplarının həyəcan vəziyyətində olduğunu açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ