RU
Meksikada dizel yanacağını nəql edən boru kəmərində şiddətli yanğın başlayıb
01:40
1237

Meksikada dizel yanacağını nəql edən boru kəmərində şiddətli yanğın başlayıb

Meksikanın Nuevo-Leon ştatında dizel yanacağını nəql edən boru kəmərinin Apodaka rayonundan keçən hissəsində şiddətli yanğın başlayıb.

Bu barədə ölkənin regional fövqəladə hallar idarəsi "Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, hələlik bir nəfərin yanıq xəsarətləri aldığı məlumdur: "Hələlik bədən səthinin 80%-nin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alan bir nəfərin olduğu müəyyənləşib. Yaralı xəstəxanaya çatdırılıb. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində işləyir”.

Yanğının qarşısını almaq hələ də mümkün olmayıb.

Hadisənin başvermə səbəbi barədə məlumat açıqlanmayıb./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ