RU
Meksikada helikopter qəzası: Qubernator və əri öldü - FOTO/VİDEO
12:10
285

Meksikada helikopter qəzası: Qubernator və əri öldü - FOTO/VİDEO

Meksikanın Puebla ştatının yeni seçilmiş qubernatoru Marta Erika Alonso aviaqəza nəticəsində ölüb.

7News.Az BBC-yə istinadən xəbər verir ki, helikopterin yerə düşməsi nəticəsində onun əri - senator Rafael Moreno Valle də həyatını itirib.

Qəzadan bir neçə gün əvvəl Marta Alonsonun inauqurasiya mərasimi keçirilmişdi.

Bədbəxt hadisənin helikopterin havaya qalxmasından qısa müddət sonra baş verdiyi bildirilir.

Qubernatorun ölüm xəbərini Meksikanın yeni prezidenti Andres Manuel Lopez Obrador da təsdiqləyib. Öz "Twitter” səhifəsində hər iki siyasətçinin qohumlarına başsağlığı verib.

İlkin məlumatlara görə, qəza helikopterdə yaranan texniki nasazlıqla əlaqədar baş verib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ