Meksikanın qərbindəki Miçoakan ştatında hərbi qulluqçulara quldurlar tərəfindən silahlı hücum edilib.
Bu barədə " "TASS” xəbər verib.
Hücum zamanı altı silahlı şəxs məhv edilib, bir hərbçi ölüb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2019-cu ildən 2020-ci ilə qədər Meksikada federal təhlükəsizlik qüvvələrinin nümayəndələrinə edilən hücumların sayı 60%-dən çox artıb. Ötən il bu cür hücumlar zamanı 297 nəfər öldürülüb.
7NEWS.Az








