RU
Meksikada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
01:20
1080

Meksikada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb.

7NEWS.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, helikopterin göyərtəsində olan qonşu Verakruz əyalətinin daxili işlər naziri Erik Kisneros xəsarət alıb.

Əyalət xəstəxanasına yerləşdirilən nazirin vəziyyəti sabit qiymətləndirilir.

Hadisə yerindən çəkilmiş fotolar helikopterin quyruq hissəsinin tamamilə çökdüyünü, gövdəsinin zədələndiyini göstərir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ