Meksikanın Oaxaka ştatının Tlahiako bölgəsinin meri vəzifəsinə təyin edilən Aleksandro Aparisio vəzifə səlahiyyətinə başladıqdan saat yarım sonra sui-qəsd nəticəsində qətlə yetirilib.
7News.Azvesti.ru-ya istinadən xəbər verir ki, ştat qubernatoru Aleksandro Murat baş prokurordan hadisənin qısa zamanda araşdırılmasını tələb edib. Bir müddət sonra polis cinayəti törədəni yaxalayıb. Onun kimliyi açıqlanmır.
Sui-qəsd zamanı daha 2 nəfər də xəsarət alıb.
7News.Az








