RU
Meksikada naməlum şəxslər barın qonaqları və işçilərinə atəş açıb, ölənlər var
11:30
1044

Meksikada naməlum şəxslər barın qonaqları və işçilərinə atəş açıb, ölənlər var

Meksikanın mərkəzindəki Sakatekas ştatının Xeres bələdiyyəsindəki bara naməlum şəxslər silahlı basqın ediblər.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli administrasiya "Facebook" səhifəsində məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

İnsidentlə bağlı region prokurorluğu araşdırmalara başlayıb.

Hücum iştirakçılarının mümkün motivləri barədə məlumat hələlik açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ