RU
Meksikada xəstəxanada oksigen təchizatının kəsilməsi nəticəsində 10 nəfər ölüb
23:40
243

Meksikada xəstəxanada oksigen təchizatının kəsilməsi nəticəsində 10 nəfər ölüb

Meksikanın İdalqo əyalətinin Tula şəhərindəki xəstəxanada oksigen təchizatının kəsilməsi səbəbindən azı 10 xəstə dünyasını dəyişib.

7NEWS.Az xəbər verir ki, bu barədə "El Universal" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 6 xəstə COVID-19 xəstələri şöbəsində, 4 pasiyent reanimasiyada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ