RU
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
14:40
22

Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, C.Qəmbərov 7 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, təqsirləndirilən əvvəllər Bakı Biznes Universitetində metodist-müəllim vəzifəsində çalışıb.

O, vətəndaşları orta məktəbdə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə qəbul etdirəcəyi vədi ilə aldadaraq, onların külli miqdarda pulunu mənimsəyib.

Cəbrayıl Qəmbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilərək barəsində ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ