Rusiya məktəblərində dərs zamanı mobil telefonlardan istifadə qadağan edilib.
Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib.
Onun sözlərinə görə, bu ildən şagirdlərin dərsdə mobil telefonlardan istifadəsi qadağandır. Nazir telefon qadağasını şagirdlərin dərsdən yayınmaması və sağlamlıqlarının mühafizəsi ilə əlaqələndirib.
Kravtsov vurğulayıb ki, valideynlər övladları ilə tənəffüs vaxtı əlaqə saxlaya bilərlər.








