Rusiyanın Novosibirsk şəhərində ,177 saylı məktəbin həyətində naməlum şəxs yetkinlik yaşına çatmayan qıza hücum çəkib və bıçaqla qorxudaraq telefonunu əlindən alıb.
7News.Az life.ru-ya istinadən xəbər verir ki, həmin an məktəbin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Faktla bağlı "soyğunçuluq" maddəsi ilə cinayət işi açılıb. Axtarışlar davam edir.
7News.Az








