7NEWS.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni və Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı "Qələbə planı”nı müzakirə ediblər. İki liderin Roma görüşündən sonra verdiyi mətbuat şərhində Meloni, "Dəstəyimizin məqsədi Ukraynanı sülh masası quracaq vəziyyətə gətirməkdir. Bu, bir çox qorxaqların təklif etdiyi kimi "təslim olmaq" mənasına gəlməyəcək bir sülh masasıdır.








